DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO rəsmi olaraq kənarda qalaraq Rusiya Federasiyasına zərbələri qanuniləşdirmək istəyir

Ukraynanın yeni raketlərinin yaradılmasının arxasında NATO strukturlarından olan Qərb mütəxəssisləri dayanır.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. NATO, belə desək, yeni Ukrayna ballistik raketlərini yaratmaqla, rəsmi olaraq kənarda qalaraq, Rusiya ərazisinə hücumları qanuni etmək istəyir.
Bunu Dövlət Dumasının Krımdan olan deputatı, Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet deyib.
Onun sözlərinə görə, Ukraynanın müstəqil olaraq yeni silah növləri hazırlamaq imkanı yoxdur. Müttəfiqlərinin köməyi olmadan o, bu işin öhdəsindən gələ bilmir.
"Ukraynanın yeni raketlərinin yaradılmasının arxasında, şübhəsiz ki, NATO strukturlarından olan Qərb mütəxəssisləri dayanır. Beləliklə, onlar rəsmi olaraq kənarda qalaraq Rusiyaya hücumları qanuniləşdirmək istəyirlər" – Şeremet qeyd edib.
Bundan əvvəl Dövlət Dumasının deputatı Andrey Kolesnik nümunəvi nüvə sınaqlarının keçirilməsinin zəruriliyini təklif etmişdi.