DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çinli hakerlər ABŞ-ın telefon dinləmə sistemlərinə hücum ediblər

İnternet provayderlərinə hücumun arxasında Çinin “Salt Typhoon” haker qrupu dayanır.
Sputnik
BAKI, 5 oktyabr - Sputnik. ABŞ-nin bir sıra genişzolaqlı internet provayderləri Çin hakerlərinin genişmiqyaslı hücumuna məruz qalıb.
Bu barədə "Wall Street Journal" nəşri mənbələrə istinadən yazıb.
Məlumata görə, hücum kəşfiyyat məlumatlarının toplanması, o cümlədən telefon danışıqlarının dinlənilməsi ilə bağlı sistemlərdən istifadə məqsədi daşıyıb.
Qeyd olunub ki, internet provayderlərinə hücumun arxasında Çinin “Salt Typhoon” haker qrupu dayanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.