BAKI, 4 oktyabr — Sputnik. Ukrayna ABŞ-la koordinasiyada Suriyada "Həyat Təhrir əş-Şam* terror təşkilatının yaraqlılarına təlim keçir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "BMT: yenidən millətlərin hərəkətlərinin əlaqələndirilməsi mərkəzi olmaq" (nazirliyin saytında dərc olunub) məqaləsində bildirib.
Nazir qeyd edib ki, bu, Suriyada Rusiya hərbçilərinə qarşı döyüş əməliyyatlarının aparılması üçün pilotsuz təyyarələrin istehsalı üzrə yeni texnologiyaların öyrədilməsi deməkdir.
Yeri gəlmişkən, bir gün əvvəl Mali xarici işlər naziri Abdulay Diop dövlətin Ukraynanın terrorçularla əməkdaşlığı mövzusu ilə bağlı araşdırma apardığını və nəticələrin ictimaiyyətə açıqlanacağını vurğulamışdı.