BAKI, 4 oktyabr — Sputnik. BMT Təhlükəsizlik Şurası "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində terror aktı ilə bağlı iclas keçirəcək. Müvafiq təşəbbüsü Rusiya tərəfi irəli sürüb.
Oktyabrın 4-ü, cümə günü terror aktlarını müzakirə etmək üçün iclas keçiriləcək. Tədbirin həmin hadisələrin iki illiyinə təsadüf edəcəyi güman edilir. Partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib.
Bundan əvvəl Rusiyanın "Şimal axını" boru kəmərlərində terror aktları ilə bağlı istintaq çərçivəsində dörd dövlətə məhkəməyə qədər iddialar göndərdiyi bildirilirdi. Söhbət Almaniya, Danimarka, İsveç və İsveçrədən gedir.