QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: Ermənistan hərbi cinayətkarları cəzalandırmalıdır

Prezidentin köməkçisi bildirib ki, 4 000-dən çox azərbaycanlı Ermənistan tərəfindən konsentrasiya düşərgələrində işgəncələrə məruz qalaraq öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Ermənistan bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.
“Erməni işğalından azad edilən Azərbaycanın Sırxavənd kəndində yeni kütləvi məzarlıqlar aşkar edilib. Ermənistanın Azərbaycana qarşı 30 ildir davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir. 4 000-dən çox azərbaycanlı Ermənistan tərəfindən konsentrasiya düşərgələrində işgəncələrə məruz qalaraq öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan bu günədək bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri də cəzalandırmayıb. Əksinə, onlar tərənnüm edilib və mükafatlandırılıb. Ermənistan kütləvi məzarlıqların yeri ilə bağlı bütün tarix və məlumatları gizlədir.
Ermənistan bütün bu cinayətlərə görə dövlətin məsuliyyətini etiraf edərək keçid ədalətinə və münaqişədən sonrakı barışığa həqiqi sadiqliyini nümayiş etdirməli və bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır”, – o qeyd edib.
03.10.24, 15:34
Ağdərənin Sırxavənd kəndində 4 kütləvi və iki fərdi məzarlıq aşkarlanıb
Ağdərə rayonunun Sırxavənd kəndində ümumilikdə 4 kütləvi və iki fərdi məzarlıq aşakarlanıb.
Sputnik Azərbayvan xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) İşçi Qrupun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib, həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin nəşlərini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb".
Onun sözlərinə görə, şahidlərin ifadələrində burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük maşını vurulub: "Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi maşının qalıqları da aşkarlanıb. Bu ərazidə ümumilikdə 4 kütləvi və iki fərdi məzarlıq aşakarlanıb".
Xatırladaq ki, bu ilin sentyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb. Həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.