RUSİYA

Zaxarova ABŞ-ın Yaxın Şərqi uçuruma doğru itələdiyini bildirib

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Yaxın Şərqdəki vəziyyəti şərh edərək, münaqişəni "qanlı dram" adlandırmışdı.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. ABŞ-ın Fələstin-İsrail münaqişəsində sülhməramlı rolu regionu yenidən uçuruma sürükləyib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, "Sputnik" radiosunun efirində vurğulayıb ki, ABŞ son aylarda sülhməramlı rolunu oynamaq qərarına gəlib ki, bununla da regionu yenidən uçuruma sürükləyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Yaxın Şərqdəki vəziyyəti şərh edərək, münaqişəni "qanlı dram" adlandırmışdı.
Xatırladaq ki, oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanda quru əməliyyatına başlayıb.
İran çərşənbə axşamı İsrailə 100-dən çox raket atıb. İsrailin yaxın günlərdə İrana qarşı əhəmiyyətli cavab zərbəsi endirəcəyi bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.