BAKI, 2 oktyabr — Sputnik. ABŞ İranla münaqişəsində İsraili dəstəkləyir, silah və maliyyə vəsaiti ilə təmin edir.
Bunu oktyabrın 2-də jurnalistlərin suallarını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"ABŞ, şübhəsiz ki, İsraili dəstəkləyir. Bunlar silah təchizatı, maliyyə və hərbi-texniki yardımlardır. Bu, hamıya məlum faktdır" - rəsmi qeyd edib.
Xatırladaq ki, İran iki gün əvvəl İsrailə raket zərbələri endirib. Tehranda xəbər verildiyi kimi, bu, Livanın Hizbullah şiə hərəkatının baş katibi Həsən Nəsrullah, Fələstin HƏMAS təşkilatının Siyasi Bürosunun lideri İsmayıl Həniyə və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini Abbas Nilforuşanın qətlinə cavabdır.