SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB dövlətlərinin qurum və şəxsləri arasında yazışmaların təhlükəsizliyi müzakirə edilib

38-ci iclas Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə həyata keçirilib.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.
İclasda MDB üzv dövlətlərinin feldyeger rabitəsi xidmətləri üzrə nümayəndə heyətləri iştirak edib. 38-ci iclas Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə həyata keçirilib.
Tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, onların məzarları önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev iştirak edib. Açılış nitqi ilə çıxış edən İ. Musayev Xİdmət adından iclas iştirakçılarını salamlayıb, iclasın gedişatına uğurlar arzulayıb.
İclasda Koordinasiya Şurasının iştirakçı dövlətlərin başçıları, hökumət və mərkəzi icra hakimiyyəti orqanları arasında rəsmi yazışmaların (korrespondensiyaların) operativ və təhlükəsiz şəkildə çatdırılması məsələlərinin tənzimlənməsi barədə müzakirələr aparılıb.
İclasın yekunlarına dair protokol imzalanıb.