DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan parlamentinin sədri LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalayıb

Daha öncə Prezident Salome Zurabişvili həmin qanunu imzalamaqdan imtina edərək parlamentə geri qaytarmışdı.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə LGBT təbliğatının qadağan olunması ilə bağlı qanunu imzalayıb. Bu barədə Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.
O deyib: "Bu gün Gürcüstan Konstitusiyasına uyğun olaraq, mən "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunu imzaladım. Mən başa düşürəm ki, bu qanunun imzalanması bəzi xarici tərəfdaşların tənqidinə səbəb olacaq, lakin gürcülər heç vaxt başqalarının fikirlərindən qorxmayıblar. Biz bunun üçün minilliklər sərf etdik. Bu yolla biz öz kimliyimizi qoruyub saxlamışıq".
Qeyd edək ki, daha öncə Prezident Salome Zurabişvili həmin qanunu imzalamaqdan imtina edərək parlamentə geri qaytarmışdı. Lakin o, qanuna veto qoymamışdı.
Xatırladaq ki, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini Gürcüstan parlamentinin 84 deputatı dəstəkləyib. Qanun layihəsinin əleyhinə çıxan olmayıb.
Almaniya Xarici İşlər Nazirliyi LGBT hüquqlarını məhdudlaşdıran qanunun qəbulundan sonra Gürcüstan hökumətini kursu dəyişməyə çağırmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.