BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə oktyabrın 2-də Minskə rəsmi səfərə gəlib.
Minsk Milli Aeroportunda Azərbaycanın Baş nazirini Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko, xarici işlər nazirinin müavini İqor Nazaruk və digər rəsmi şəxslər qarşılayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.