BAKI, 3 oktyabr — Sputnik. Almaniya kansleri Olaf Şolts yaxın həftələrdə Rusiya Prezidenti Vladimir Putinlə danışmağa ümid edir.
Bu barədə media Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Almaniya liderinin ətrafındakılar noyabr ayında Braziliyada keçirilməsi planlaşdırılan "Böyük Iyirmilik" sammitindən əvvəl Şoltsun Putinlə telefon danışığının olmasını nəzərdən keçirirlər.
2022-ci ilin dekabrında Almaniyanın təşəbbüsü ilə Şolts və Putin arasında telefon danışığı olub. Sonra tərəflər Ukraynaya siyasi və maliyyə dəstəyini davam etdirən Almaniya da daxil olmaqla Qərb dövlətlərinin siyasətini müzakirə ediblər. Bununla bağlı Putin Almaniya tərəfini Ukrayna hadisələri kontekstində yanaşmalarına yenidən baxmağa çağırıb.
Yayda Putin Kremldə Macarıstanın Baş naziri Viktor Orbanla Ukraynadakı münaqişənin həllinin mümkün yollarını müzakirə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.