BAKI, 3 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqında (Aİİ) milli valyutalarla hesablaşmaların payı 2023-cü ilin sonunda 90%-ə çatıb.
Bunu Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Bakıtjan Saqintayev jurnalistlərə bildirib.
"2023-cü ildə kooperativ malların qarşılıqlı ticarətinin həcmi 30 milyard dolları ötüb. Eyni zamanda, milli valyuta ilə hesablaşmaların payı da artır: ötən ilin sonunda bu rəqəm 90%-ə çatıb" - Aİİ-nin idarə heyətinin rəhbəri qeyd edib.
Avrasiya Hökumətlərarası Şurasının oktyabrın 1-də keçirilmiş iclasının yekunları üzrə Saqintayevin verdiyi məlumata görə, Aİİ-də istehsal kompleksləri arasında kooperasiya əlaqələrinin inkişafı üzrə işlər davam etdirilir.
"Bu, inteqrasiya potensialından sistemli istifadənin əsas amillərindən biridir", - o vurğulayıb.