BAKI, 2 oktyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaxın Şərqdəki vəziyyəti şərh edərək, münaqişəni "qanlı dram" adlandırıb.
Bu barədə o, özünün "Teleqram" kanalında yazıb.
O vurğulayıb ki, söhbət ABŞ prezidenti Co Baydenin Yaxın Şərqdə administrasiyasının tam iflasa uğramasından gedir. Diplomat, həmçinin qeyd edib ki, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin "səyləri" on minlərlə insanın ölümünə səbəb olub.
"Bayden administrasiyasının Yaxın Şərqdəki tam uğursuzluğu. Yalnız sürət qazanan qanlı dram. Ağ Evin qeyri-müəyyən bəyanatları onun böhranların həllində tam acizliyini nümayiş etdirir. Blinkenin səyləri on minlərlə qurbana və çıxılmaz vəziyyətə gətirib çıxarıb", - Zaxarova yazıb.
Xatırladaq ki, İsrail ordusu oktyabrın 1-nə keçən gecə Livanda quru əməliyyatına başlayıb.
Çərşənbə axşamı İran İsrailə yüzdən çox raket atıb.