BAKI, 2 oktyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinə verilən Qərb silah sistemləri Ukrayna münaqişəsi zamanı hazırlanmış çoxsaylı hərbi innovasiyalar fonunda sürətlə köhnəlirlər.
Bu barədə "The Atlantic" yazıb.
Nəşrin müəlliflərinin fikrincə, Qərb çoxdan gözlənilən bəzi silah sistemlərini təhvil verənə kimi onlar artıq köhnəlmiş olurlar. Buna səbəb isə döyüş meydanındakı innovasiya sürətidir.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin hər hansı hücumu qısa müddətdə Rusiya tərəfinin müqaviməti ilə üzləşir.
Nümunə olaraq jurnal, münaqişə zamanı effektivliyi nəzərəçarpacaq dərəcədə azalan HIMARS raket qurğularını göstərib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya qoşunlarının Xüsusi hərbi əməliyyyat zamanı əldə etdiyi təcrübə silahların təkmilləşdirilməsi və ordunun döyüş qüdrətinin artırılması üçün faydalı olduğundan konstruktor bürolarında və elmi-tədqiqat institutlarında hərtərəfli öyrənilir.
Dövlət başçısı qeyd edib ki, Rusiya hərbi texnikanın yüksək texnologiyalı modelləri üzərində işləyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.