DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail İranı nüvə obyektlərinə zərbə endirməklə hədələyib: Cavab hücumu amansız olacaq

Baş qərargah rəisi deyib ki, İsrail hərbçiləri İranın kütləvi raket hücumuna cavab vermək üçün vaxt seçəcək və Tehranı böyük sürprizlər gözləyir.
Sputnik
BAKI, 2 oktyabr - Sputnik. İranın nüvə obyektlərinə zərbə endirilməsi İsrailin öz ərazisini qarşı tərəfdən raketlərlə atəşə tutulmasına cavab ola bilər.
Britaniyanın həftəlik "The Economist" və "Sky News" telekanalı hadisələrin belə ssenarini mümkün hesab edir.
"Əvvəllər İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin generallarını İrana zərbənin strateji əhəmiyyətinə inandırmağa çalışsa da, bu, uğursuz alınıb. Bu gün o, bəlkə də generallara belə addımın üstünlüklərinin olduğunu sübut edə bildi", - “The Economist” yazıb.
İsrail şahinləri də əmindirlər ki, səlahiyyət müddəti başa çatmaq üzrə olan (ABŞ Prezidenti) Cozef Bayden İranın nüvə proqramını geri atacaq və Tehranın qeyri-populyar rejiminə rəhbərlik edən teokratların, hərbi liderlərin nüfuzuna xələl gətirə biləcək kampaniyanı dəstəkləyəcək və ya hətta ona qoşulacaq.
Nəşr qeyd edir ki, İsrail 20 ildir, İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalına hazırlaşır. İsrail ordusu apreldə İsfahandakı hərbi bazada hava hücumundan müdafiə radarını zədələdikdən sonra İrandakı hədəflərin həssas olduğu təəssüratı yarada bilər.
“Sky News” həmçinin hesab edir ki, Netanyahu indi İranın raket hücumundan nüvə obyektlərinə hücum üçün bəhanə kimi istifadə etmək istəyi ilə mübarizə apara bilər və ABŞ-nin dəstəyinə arxalanacaq. Əgər İsrail İslam Respublikası ilə münaqişəni gücləndirsə, Yaxın Şərq ballistik raketlərdən istifadə etməklə müharibə astanasında qala bilər.
İsrailin Baş Qərargahı: Vaxt seçiləcək, İranı cavab hücumu ilə təəccübləndirəcəyik
İsrail hərbçiləri İranın kütləvi raket hücumuna cavab vermək üçün vaxt seçəcək, onun hücum imkanlarına sürprizlər bəxş edəcək.
Report-un İsrail Müdafiə Ordusunun Mətbuat xidmətinə istinadən məlumatına görə, bunu İranın atəşi başa çatdıqdan sonra çağırılan operativ müşavirənin yekunlarına əsasən İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Biz siyasi rəhbərliyin göstərişlərinə əməl edərək, İrandan nə vaxt bədəl tələb edəcəyimizi seçəcəyik və dəqiq, heyrətamiz hücum imkanlarımızı nümayiş etdirəcəyik”, - hərbi sərkərdə bildirib.
Netanyahu: İran İsrailə hücuma görə cavab verəcək
İsrailin Baş naziri Binyamin Netanyahu İranın ölkəsinə qarşı kütləvi raket hücumunu “böyük səhv” adlandırıb və Tehranın bunun bədəlini ödəyəcəyini deyib.
Bunu B.Netanyahu İsrail televiziyasında yayımlanan müraciətində bildirib.
"İran bu gün böyük səhv etdi və bunun bədəlini ödəyəcək. İran rejimi bizim özümüzü müdafiə etmək və düşmənlərimizdən qisas almaq əzmini başa düşmür", - müraciətdə deyilir.
“Biz müəyyən etdiyimiz qaydaya əməl edəcəyik: kim bizə hücum edirsə, biz də ona hücum edirik”, - Baş nazir əlavə edib.
Netanyahu İranın hücumunu uğursuz adlandırıb. "Bu hücum uğursuz oldu. Bunun qarşısı dünyanın ən qabaqcıl olan İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən alındı. Müdafiəmizə verdiyi dəstəyə görə ABŞ-yə təşəkkür edirəm", - o deyib.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Ev məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.
DÜNYA XƏBƏRLƏRİ
İran "Mossad"ın qərargahlarına və İsrail HHQ-nin bazalarına zərbələr endirib