RUSİYA

Putin: Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlər zamanın sınağından çıxıb

İki dövlət arasında münasibətlər, hazırda, bütün birgə tarixləri boyu ən yüksək səviyyədədirlər.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. Rusiya ilə Çin arasında sıx və qarşılıqlı faydalı əlaqələr inkişaf edib. Bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
Çin Mərkəzi Televiziyası onun sözlərinə istinad edib.
Prezidentin sözlərinə görə, iki dövlət arasında münasibətlər uzun müddətdir ki, inkişaf edir. Hazırda deyə bilərik ki, onlar bütün birgə tarixləri boyu ən yüksək səviyyədədirlər.
"Rusiya və Çin arasında sıx və qarşılıqlı faydalı münasibətlər zamanın sınağından çıxıb", - Putin qeyd edib.
Daha əvvəl məlumat verilmişdi ki, ÇXR respublikanın yaranmasının 75 illiyini qeyd edir. Vladimir Putin ölkə vətəndaşlarını və lider Si Cinpini təbrik edib.