DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran "Mossad"ın qərargahlarına və İsrail HHQ-nin bazalarına zərbələr endirib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Nevatim və Hatzerim hava bazalarına, həmçinin (raket əleyhinə müdafiə-red) radarlarına və İsrail tanklarına da hücum etdiklərini açıqlayıb.
Sputnik
BAKI, 2 oktyabr - Sputnik. İran İsrailin Hərbi Hava Qüvvələrinin iki bazasına və bu ölkənin kəşfiyyat xidməti “Mossad”ın qərargahına hücum edib.
Bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri bildirib.
“Bu gecə (dünən-red) biz “Mossad”ın qərargahına, Nevatim və Hatzerim hava bazalarına, həmçinin (raket əleyhinə müdafiə-red) radarlarına və İsrail tanklarına hücum etdik”, - Baqeri bildirib.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Evin məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İsrail, İraq, İordaniya və Livan hava məkanını bağlayıb.
01.10.24, 23:22
Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Ağ Ev əlavə edib ki, ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmiləri hücumun dəf olunmasında iştirak edib.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İran, İraq, İordaniya və Livan hava məkanını bağlayıb.
İranın "Shafaq" agentliyi bəyan edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun endirdiyi raket zərbəsi zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-dən çox F-35 təyyarəsi vurulub.
İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari isə bildirib ki, İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.