BAKI, 1 oktyabr — Sputnik. "Şimal axını" və "Şimal axını 2" qaz kəmərləri bərpa olunmalı və təmir edilməlidir, çünki Rusiya qazı olmadan Almaniya sənayesi məhv olur.
Bu barədə "RİA Novosti"yə "Almaniya üçün Alternativ" (AüA) partiyasından Bundestaqın deputatı Şteffen Kotre məlumat verib.
"Eşitdiklərim onu göstərir ki, bu qaz kəmərini, belə demək mümkünsə, nisbətən rahat şəkildə bərpa etmək olar. Bunun üçün elə böyük investisiyalar tələb olunmayacaq. Yenisini tikmək daha böyük xərc tələb edəcək" - deputat bildirib.
Kotre qeyd edib ki, "Şimal axını"nın təmiri "Almaniya və Avropaya gedən hər bir qaz kəməri kimi" səylərə "mütləq dəyər".
Daha əvvəl Kotre demişdi ki, Berlin qaz kəmərlərinin partladılmasına görə ittiham irəli sürməli və Vaşinqtonun antiterror müqavilələrini pozduğunu qeyd etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.