BAKI, 1 oktyabr — Sputnik. NATO ölkələrinin və Ukraynanın kəşfiyyat xidmətləri Suriyada kimyəvi silahdan istifadə etməklə təxribat hazırlayır.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, məqsəd BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında Dəməşq və Moskvanı nüfuzdan salmaq üçün kampaniyaya başlamaqdır. Bunun üçün "Ağ dəbilqəlilər" qeyri-hökumət təşkilatının cəlb edilməsi təklif edilir ki, onun fəalları "insidentin nəticələrinin" videoçəkilişi ilə məşğul olacaqlar.
Xidmətdən o da bildirilib ki, əməliyyat planı silahlıların İdlib deeskalasiya zonasında terrorçuların mövqelərinə hücumlar zamanı PUA-dan xlorla dolu minalanmış konteyneri atmasını nəzərdə tutur.