BAKI, 1 oktyabr — Sputnik. Qərbdəki siyasətçilər Ukraynadakı münaqişənin yalnız Rusiya ilə danışıqlar yolu ilə bitə biləcəyini getdikcə daha çox etiraf edirlər.
Bu barədə Rusiya mediası britaniyalı politoloq Anatol Livenin söylədiklərinə istinadən xəbər verib.
Ekspert hesab edir ki, nəticədə Kiyev beynəlxalq təhlükəsizlik zəmanətləri və ərazi bütövlüyü ilə müşayiət olunan bitərəflik müqaviləsi imzalamalı olacaq.
"Bu, Ukraynanın ümid edə biləcəyi ən yaxşı haldır", politoloq fikrini yekunlaşdırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə Ukrayna arasında İstanbulda təqdim olunan saziş layihəsində ciddi təhlükəsizlik təminatlarının olduğunu bildirib. Nazirin sözlərinə görə, sənəddə qeyd olunub ki, respublika ərazisində NATO-nun heç bir hərbi bazası olmayacaq, üçüncü ölkələrin iştirakı ilə hərbi təlimlər keçirilməyəcək. Burada həmçinin silah və şəxsi heyətin parametrlərinin qeyd edildiyi də bildirilib.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna yaraqlılarının Kursk vilayətinə başlatdığı hücumun səbəblərindən danışarkən vurğulayıb ki, Kiyev danışıqlarda mövqeyini yaxşılaşdırmağa ümid edib. Lakin dövlət başçısının sözlərinə görə, Rusiya mülki şəxslərə hücum edənlərlə danışıqlar aparmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.