BAKI, 1 oktyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT-dəki çıxışından sonra onu görmək üçün yaranan növbə Qərbin təsirinin zəiflədiyini göstərir.
Bunu irlandiyalı jurnalist Çey Bouz bildirib.
"Təcrid olunmuş Rusiya". Qərb hegemonluğunun zəifləməsi fonunda yaranan daha bir fantaziya" – o, sosial şəbəkələrdə yazıb.
Şənbə günü Rusiyanın xarici işlər naziri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib. Ümumi debatda çıxışını başa vuran Sergey Lavrov mətbuat konfransına yollanıb.
Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər nazirinin əlini sıxmaq istəyən müxtəlif ölkələrin nümayəndələri növbəyə düzülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.