BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın nüvə doktrinasına təklif olunan dəqiqləşdirmələrin vəziyyətdən asılı olaraq Ukrayna münaqişəsində tətbiq oluna biləcəyini istisna etməyib.
O, bu barədə jurnalist Pavel Zarubinə şərhində bildirib.
"Qərb ölkələrinin iştirak dərəcəsi daim yüksələn xətt üzrədir. Onlar əyləci heç işə salmırlar" - Peskov qeyd edib.
"Ukrayna tərəfinin Rusiyanı "sülhə məcbur etmək" fikri Kiyev rejimi üçün mənfi nəticələrə səbəb ola bilər. Bu vəziyyət fonunda Moskva hazır olmalıdır" - o əlavə edib.
Bundan əvvəl Dmitri Peskov bildirib ki, hazırda Rusiya Federasiyasının nüvə doktrinasına düzəlişlər hazırdır və rəsmiləşdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.