CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Suyun verilməsində fasilə xətlərdə aparılacaq təmir işləri ilə əlaqədardır.
Sputnik
BAKI, 1 oktyabr — Sputnik. Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti xəbər verib.
Məlumata görə, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.
Suyun verilməsində fasilə xətlərdə aparılacaq təmir işləri ilə əlaqədardır.