PAYTAXT XƏBƏRLƏRİ

Bakının bu prospektində yeni taksi dayanacaqları yaradıldı-VİDEO

Bildirilib ki, burada 5 duracaq və 1 minib-düşmə yeri fəaliyyət göstərir.
Sputnik
BAKI, 1 oktyabr — Sputnik. Bakının bu prospektində yeni taksi duracaqları yaradıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, burada 5 duracaq və 1 minib-düşmə yeri fəaliyyət göstərir:
"Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və qayda pozuntusuna görə cərimə 40 manatdır".