BAKI, 1 oktyabr — Sputnik. Payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən partlayış olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq məktəbdən bildirilib.
Qeyd olunub ki, dərhal müvafiq dövlət qurumlarına məlumat verilib:
"Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qazanxanaya ciddi ziyan dəyməyib, hazırda məktəbdə dərslər normal qaydada davam edir".