AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın Rusiyaya yeni səfiri təyin edilib

R.Mustafayev Azərbaycanın Niderlanddakı səfiri vəzifəsindən geri çağırılıb.
Sputnik
BAKI, 1 oktyabr — Sputnik. Azərbaycanın Rusiyaya yeni səfiri təyin edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sənədə əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Digər sərəncamla isə R.Mustafayev Azərbaycanın Niderlanddakı səfiri vəzifəsindən geri çağırılıb.