BAKI, 1 oktyabr — Sputnik. Bu ilin doqquz ayı ərzində Avropada qazın qiyməti 21% artaraq min kubmetr üçün, təxminən 444 dollar təşkil edib.
Bu barədə "TASS" London ICE fyuçers birjasının məlumatlarına və hesablamalara istinadən xəbər verib.
2023-cü ilin dekabrında Avropada qazın orta qiyməti min kubmetr üçün 408 dollar civarında idi, sonra bu rəqəm, tədricən azalmağa başladı. Məsələn, fevralda bu, təxminən 288 dollar idi. Sonradan artım başladı.
Qeyd olunub ki, qiymət bir neçə amillə bağlı artıb: isti hava, Norveç və ABŞ-dan tədarükün vaxtaşırı kəsilməsi, Ukrayna Silahlı Qüvvələrinin "Sudja" qazölçmə stansiyasının yerləşdiyi Kursk vilayətinə hücumu.
Yaxın Şərqdəki geosiyasi gərginlik də bazardakı qiymətlərə təsirsiz ötüşməyib.
Bir müddət əvvəl maliyyə analitiki Mixail Belyayev bildirmişdi ki, Avropa İttifaqı Rusiya qazından imtina edərək özünü çıxılmaz vəziyyətə salıb.