BAKI, 30 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri heç bir nəticə vermədi. O, məqsədlərinə nail ola bilmədi.
Bunu X*sosial şəbəkəsində Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo bildirib.
"Zelenskinin öldüyü gün! Bu həftə BMT Baş Assambleyasında heç nə Zelenskinin planına uyğun getmədi" – Filippo sözünə davam edib.
Onun sözlərinə görə, Ukrayna rəhbəri onun üçün ən vacib məqamı - Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmağa icazəni müzakirə edə bilməyib. Filippo Ukrayna Silahlı Qüvvələrinin Donbassda məğlubiyyətinin artıq hamı üçün ümumi qəbul edilmiş fakta çevrildiyinə də diqqət çəkib.
Ukrayna liderinin məğlubiyyətinin yekun faktı ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Trampın Zelenski ilə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərdə olduğunu bəyan etməsi olub.
Filipponun qeyd etdiyi kimi, hazırda dünya ictimaiyyətinin diqqəti Yaxın Şərqdə baş verən hadisələrə yönəlib. Bütün bu faktlar Zelenskinin ştatları "əliboş" tərk etməsinə səbəb olub.
Bundan əvvəl NATO-nun Moskvadakı hərbi missiyasının keçmiş qərargahının rəhbəri Harri Tabax Zelenskinin Pensilvaniyaya səfəri ilə əlaqədar ABŞ əhalisinin yarısını ölkəsinə qarşı yönəltməklə ölkəsi üçün problemlər yaratdığına dair fikirlərini bölüşmüşdü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.