DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Vuçiç: Ukrayna münaqişəsində üstünlük Rusiyadadır

Serbiya prezidenti bildirib ki, Ukraynadakı münaqişə həll olunacağına ümid olmadan onilliklər ərzində davam edə bilər.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Rusiya ordusu Ukrayna münaqişəsindəki döyüş meydanında üstünlüyü ələ keçirib.
Bu barədə Rusiya mediası Serbiya lideri Aleksandr Vuçiçin söylədiyinə istinadən xəbər verib.
Prezident qeyd edib ki, münaqişənin əvvəlində Qərbin Ukraynanın maliyyələşdirilməsinə sərmayə qoyması daha asan olub.
"İndi isə bunu etmək onun üçün daha çətin olub", Vuçiç bildirib.
Vuçiç bu yaxınlarda qeyd edib ki, Ukraynadakı münaqişə həll olunacağına ümid olmadan onilliklər ərzində davam edə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.