DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrailin raket hücumu nəticəsində Bəşər Əsədin qardaşı həlak olub

Suriya ordusunun dördüncü diviziyasının komandanlığının başçı olan Mahir Əsəd villasında SEPAH komandirləri ilə iclas keçirdiyi zaman vurulub.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. İsrail ordusu Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin Dəməşqin yaxınlığındakı villasına zərbələr endirib.
Bu məlumat Suriya hökuməti tərəfindən təsdiqlənib. Rəsmi məlumatda bildirilib ki, hava zərbələrindən sonra Mahir Əsədlə əlaqə kəsilib və onun taleyi barədə bilgi əldə etmək mümkün olmayıb.
Başqa məlumata görə isə Suriya ordusunun dördüncü diviziyasının komandanlığının başçı olan Mahir Əsəd villasında SEPAH komandirləri ilə iclas keçirdiyi zaman vurulub. Ölən və yaralananların sayı barədə hələlik açıqlama verilməyib.
***
İsrailin raket hücumu nəticəsində Suriya Prezidenti Bəşər Əsədin qardaşı Maher Əsəd həlak olub.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, İsrailin son hava hücumları zamanı Dəməşq yaxınlığındakı Maher Əsədə məxsus Yafar villası hədəfə alınıb.
Məlumata görə, Maher Əsəd Suriya ordusunun dördüncü diviziyasının komandiri olub.
O da vurğulanır ki, məlumat təsdiq olunarsa, bu, Bəşər Əsədin də "yeni nizam"da dəyişiklik prosesinə daxil olacağı deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.