SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib

Polad Bülbüloğlu sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Mədəniyyət Komitəsinin sədri seçilib.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib. Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Xatırladaq ki, Polad Bülbüloğlu sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Mədəniyyət Komitəsinin sədri seçilib.
Polad Bülbüloğlu Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Polad Bülbüloğlu 2006-cı ildən Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.