BAKI, 30 sentyabr — Sputnik. Rusiya Livana endirilən zərbələri və şiə "Hizbullah" qruplaşmasının baş katibi Həsən Nəsrullahın öldürülməsini qınayır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Kremlin nümayəndəsi vurğulayıb ki, İsrailin Beyruta endirdiyi zərbələri Yaxın Şərqdəki vəziyyətin ciddi şəkildə gərginləşməsinə gətirib çıxarıb. Bundan əlavə, bu cür hərəkətlər çoxlu sayda insan tələfatı ilə nəticələnib (ilk növbədə dinc əhali arasında).
"Rusiya tərəfi bu cür hərəkətləri qınayır. Hesab edirik ki, hücumlar regionda vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə gətirib çıxarıb. Əsas odur ki, Livanda yaşayış məntəqələrinin bu cür bombalanması çoxlu sayda insan tələfatına səbəb olur", Peskov bildirib.
O, həmçinin qeyd edib ki, bu cür hadisələr qaçılmaz olaraq humanitar fəlakətə gətirib çıxaraca. Hazırda bənzər hal Qəzza zolağında müşahidə edilir.
Peskov bu yaxınlarda Yaxın Şərqdəki vəziyyətin son dərəcə gərgin olduğunu qeyd edib. Bu da Kremlin kəskin narahatlığına səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.