BAKI, 30 sentyabr — Sputnik. Norveç hakimiyyəti Finlandiyadan nümunə götürərək Rusiya ilə sərhəddə hasar çəkə bilər.
Bu sözləri ölkənin ədliyyə və ictimai təhlükəsizlik naziri Emilie Enqer Mel "NRK" teleradio şirkətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu ehtimal maraqlıdır. Birincisi, hasar çəkindiricidir. İkincisi, insanların sərhədə yaxınlaşdığını əvvəlcədən anlamağa kömək edəcək sensorlarla təchiz ediləcək.
Hazırda hakimiyyət Rusiya Federasiyası ilə sərhəddə təhlükəsizliyi gücləndirəcək bir sıra tədbirləri nəzərdən keçirir. Onların arasında hasarın çəkilməsi, sərhədçilərin sayının artırılması, nəzarətin gücləndirilməsi var.
Bundan əvvəl Finlandiya hakimiyyəti Suominin ötən il tikməyə başladığı Rusiya ilə sərhəddə hasarın hündürlüyünü artırmaq niyyətində olduqlarını açıqlamışdı. İndi onun hündürlüyü 3 yox, 3 metr yarım olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.