İlham Əliyev oğlu ilə birlikdə Aşıq Ələsgərin abidəsini ziyarət edib

Yaradıcılığının əsasını təşkil edən dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri ilə ədəbiyyatda öz sözünü demiş Aşıq Ələsgərin heykəlinin hazırlanması prosesi davam edir.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
Qeyd edək ki, abidə Prezidenti İlham Əliyevin 30 noyabr 2021-ci il tarixli sərəncamı əsasında hazırlanıb.
24.05.23, 14:32
Aşıq Ələsgərin abidəsinin hazırlanmasına başlanılıb
Aşıq Ələsgərin heykəlinin hazırlanması prosesinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a abidənin müəllifi, Xalq rəssamı Natiq Əliyev məlumat verib.
Xalq rəssamının açıqlamasına görə, hazırda abidənin gildən hazırlanma prosesi həyata keçirilir. Abidənin nə zaman hazır olacağına toxunan heykəltəraş bildirib ki, bununla bağlı yekun tarix demək üçün hələ tezdir:

"Çünki bu, yaradıcı bir işdir, amma yəqin ki, yaxın zamanlarda iş yekunlaşar. Biz tarix deyə bilərik, amma abidə hazır olduqdan sonra ekspert rəyi veriləcək. Bunun üçün xüsusi ekspert komissiyası var. Ona görə də abidəni yumuşaq gildən hazırlayırıq ki, komissiyanın qərarı ilə ona dəyişiklik edə bilək".

Xalq rəssamı Natiq Əliyev
"Ötən il paytaxtda ucaldılan milyonçu Hacı Zeynalabdin Tağıyevin və Bakı dənizkənarı milli parkında əfsanəvi azərbaycanlı ifaçı Müslüm Maqomayevin heykəlinin postamentə qoyulmaması geniş müzakirələrə səbəb olmuşdu. Görəsən, Aşıq Ələsgərin heykəlini də eyni aqibət gözləyirmi?" sualına müəllifin cavabı belə oldu:

"Xeyr, çox güman ki, elə olmayacaq. Amma deyim ki, tam fərqli bir abidə olacaq".

Qeyd edək ki, abidənin memarı Malik Babayevdir.
Nəzərininəz çatdıraq ki, Aşıq Ələsgərin abidəsinin ucaldılacağı yer məlum olub. Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Aşıq Ələsgərin heykəlinin Rəşid BehbudovBakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur. Abidənin yerinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təyin edildiyi vurğulanıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub.
Aşıq Ələsgər kimdir?
Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərib.
O bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb.
Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığının əsasını təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.