DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ və İsrail İranın cavab zərbəsindən qorxduğu üçün müdafiəni gücləndirir

Bayden administrasiyası Nəsrullahın öldürülməsindən sonra İranın qisas alacağından qorxur.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Ağ Ev "Hizbullah"ın lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İranın mümkün cavab zərbəsindən qorxur.
Bu barədə Rusiya mediası "CNN"ə istinadən məlumat verib.
Buna görə də, jurnalistlər qeyd edirlər ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrail hakimiyyəti ilə birgə müdafiəni gücləndirmək üçün çalışırlar.
Bu yaxınlarda amerikalı hərbi ekspert və ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter bildirib ki, Amerika hakimiyyəti öz vətəndaşlarını İsrail və Ukraynadan sonra prioritet olaraq üçüncü yerə qoyub.
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Beyruta endirdiyi zərbələr fonunda ABŞ-a səfərini yarımçıq qoymaq qərarına gəlib.
Həmçinin bildirilib ki, qəzəblənən Ağ Ev bütün Yaxın Şərqi müharibəyə sürükləyə bilər. Vaşinqton regionda hərbi mövcudluğunu artırmağa davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.