BAKI, 30 sentyabr — Sputnik. ABŞ-ın cənub-şərq hissəsində "Helen" qasırğası nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb. Xilasedicilər axtarışları davam etdirir. Təbii fəlakət qurbanlarının sayının artacağı istisna edilmir.
Xarici KİV-lər xəbər verir ki, ən ağır vəziyyət Şimali Karolina ştatında müşahidə olunur. Burada təkcə bir qəsəbədə 30 ölüm qeydə alınıb.
ABŞ Federal Fövqəladə Hallar Agentliyi bildirib ki, yollara, tikililərə, su və kommunikasiya sistemlərinə ciddi ziyan dəyib. 2,5 milyon abonentin elektrik təchizatı kəsilib. 3 ştatda daşqın və su anbarlarının bəndlərinin dağılmaq riski var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.