BAKI, 29 sentyabr — Sputnik. Rusiyanın 2050-ci ilə qədər baza ssenarisinə əsasən, neft hasilatı hədəfi illik 540 milyon ton təşkil edir. Rusiya mətbuatının məlumatına görə, bunu Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.
Onun sözlərinə görə, qeyd olunanlara baxmayaraq, həcmlər ölkənin "OPEC plyus" çərçivəsində öhdəliklərindən asılı olaraq tənzimlənə bilər.
Nazir müavini qeyd edib ki, Rusiya həm 2030-cu, həm də 2050-ci ilə qədər tələbatın potensial artımına əminliklə yanaşır.
Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin
© Sputnik / Григорий Сысоев
/ Xatırladaq ki, "OPEC plyus" Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da "OPEC plyus" razılaşmasının iştirakçısıdır.
OPEC yaxın gələcəkdə neft və qazdan imtinanı fantaziya adlandırır
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) yaxın gələcəkdə neftdən istifadənin mərhələli şəkildə dayandırılmasını fantaziya hesab edir. OPEC-in Baş katibi Haysam əl-Qeys təşkilatın illik hesabatında neft və qazın hazırda enerji daşıyıcılarının yarıdan çoxunu təşkil etdiyini bildirib. Onun sözlərinə görə, bu tendensiya 2050-ci ilədək davam edəcək. Haysam əl-Qeys neft və qazdan imtinanın reallıqla heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Hesabata qeyd olunur ki, 2025-ci ilədək neftə tələbat sutkada 120,1 milyon barelə çatacaq, bu da 2023-cü illə müqayisədə 17,5 faiz artım deməkdir.
Beynəlxalq Energetika Agentliyinin (BEA) məlumatına görə, BMT-nin ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən iqlim sammitində iştirakçı ölkələr 2050-ci ilədək istixana qazlarının neytrallığına nail olmaq üçün ənənəvi yanacaqlardan uzaqlaşmaq barədə razılığa gəliblər.
OPEC-in rəqəmləri isə BEA-nın göstəriciləri ilə ziddiyyət təşkil edir. Belə ki, agentliyin rəhbəri Fatih Birol ötən həftə neftə tələbatın azaldığını açıqlamışdı. Onun sözlərinə görə, təmiz enerjiyə keçid bir çox insanın düşündüyündən daha sürətlə baş verir. Ekspertlər bunu elektriklə işləyən avtomobil bazarının böyüməsi və Çin iqtisadiyyatının zəifləməsi ilə əlaqələndirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.