SƏHİYYƏ

Növbəti 25 il ərzində milyonlarla insan antibiotiklərə davamlı bakteriyalardan ölə bilər

Bu bakteriyalardan ən çox Cənubi Asiya, Latın Amerikası, Karib hövzəsi və Afrikadakı Saxara səhrasından cənubda yerləşən ölkələrin sakinləri əziyyət çəkəcəklər.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Alimlərin yeni araşdırmalarına görə, 2025-2050-ci illər arasında 39 milyondan çox insan antibiotiklərə davamlı bakteriyalardan ölə bilər. Belə bakteriyalar səbəbindən ölümlərin 2050-ci ilə qədər 70% artacağı gözlənilir. "Lancet" jurnalında dərc olunan məqalədə bu barədə söhbət açılıb.
Tədqiqata 1990-2021-ci illər arasında 204 ölkə və ərazidə 22 patogen, 84 "patogen-dərman" kombinasiyası və 11 infeksiya üçün antibiotiklərə davamlı bakteriyalarla əlaqəli ölüm və xəstəliklərin sayı barədə məlumatlar daxil edilib.
Tədqiqatın müəllifləri, antimikroblara qarşı Qlobal Müqavimət Araşdırma Layihəsinin üzvləri, Göstəricilərin ölçülməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation, IHME) və digər müəssisələrin əməkdaşları belə yazırlar:

"Ümumilikdə, 2025-ci ildən 2050-ci ilə qədər, bizim ssenarimizə əsasən, 39,1 milyon ölüm antimikrob müqavimətə, 169 milyon ölüm isə antimikroblara qarşı müqavimətə bağlı olacaq".

Tədqiqatçılar onu da qeyd ediblər ki, bu bakteriyalardan ən çox Cənubi Asiya, Latın Amerikası, Karib hövzəsiAfrikadakı Saxara səhrasından cənubda yerləşən ölkələrin sakinləri əziyyət çəkəcəklər.
Bundan əvvəl insan orqanizmindəki "xoşbəxtlik hormonu" adlanan serotonin adlı maddənin xoşbəxtlik üçün deyil, neqativlərlə mübarizə üçün vacib olduğu barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.