BAKI, 30 sentyabr - Sputnik. Dünyanın bütün ölkələri hegemonluq və güc siyasətinə qarşı çıxmalı, beynəlxalq münasibətlərin demokratikləşməsini həyata keçirməlidir. Bunu Çinin xarici işlər naziri Van İ BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxış edərkən bildirib.
“Biz bərabər və nizamlı çoxqütblülüyün tərəfdarı olmalıyıq və ölçülərindən asılı olmayaraq bütün ölkələrin çoxqütblü sistemdə öz yeri və roluna malik olmasını təmin etməliyik", - Van İ deyib.
Onun sözlərinə görə, dünya əsl çoxtərəfliliyi həyata keçirməli, hegemonluq və güc siyasətinə qarşı çıxmalı, beynəlxalq münasibətlərin demokratikləşməsini reallaşdırmalıdır.
Diplomat birgə məsləhətləşmələr, quruculuq və təcrübə mübadiləsi prinsipinə riayət edilməsinin, qlobal idarəçiliyin daha ədalətli və ağlabatan istiqamətdə inkişafına kömək etməyin zəruriliyini qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.