Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan-Ermənistan sərhədində atəşkəs yenidən pozulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.
Sputnik
BAKI, 29 sentyabr - Sputnik. Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinidən xəbər verirlib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.