BAKI, 28 sentyabr — Sputnik. Bu gün Qarabağdakı separatçı rejimin özünü buraxmasından 1 il ötür.
Xatırladaq ki, Qarabağ iqtisadi rayonundakı separatçı qondarma qurumun "prezident"i Samvel Şaxramanyan 28 sentyabr 2023-cü ildə 19 sentyabr 2023-cü il tarixindən sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən;
1. 2024-cü il yanvarın 1-dək bütün "dövlət" qurumları və təşkilatları ləğv edilir və "Dağlıq Qarabağ Respublikası" öz fəaliyyətini dayandırır.
2. Qarabağın əhalisi, o cümlədən kənarda yaşayan əhali bu fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etməklə gələcəkdə Qarabağa qayıtmağın mümkünlüyü barədə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olur.
Fərmana əsasən, yaradılmış mürəkkəb hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşma nəzərə alınmaqla, Qarabağın erməni əhalisinin təhlükəsizliyinin və humanitar ehtiyaclarının təmin edilməsi prioritetinə əsaslanaraq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz keçidi təmin edilir.
Bu fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir.