DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko: NATO Belarusa hücum edən an nüvə silahından istifadə edəcəyik

Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda nüvə doktrinasına dəyişiklik etməklə təsdiqləyib ki, Rusiya və Belarusa hücum halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Prezident Aleksandr Lukaşenko Belarus və Rusiyanı müdafiə etmək üçün hansı halda nüvə silahından istifadə oluna biləcəyini açıqlayıb.
"Belta" xəbər verir ki, Lukaşenko tələbələrlə görüşü zamanı bir müddət əvvəl Belarusa hücumun Üçüncü Dünya müharibəsinə səbəb olacağı barədə açıqlamasını xatırladıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda nüvə doktrinasına dəyişiklik etməklə təsdiqləyib ki, Rusiya və Belarusa hücum halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
Belarus lideri qeyd edib ki, NATO Belarusa hücum edən anda onlar nüvə silahından istifadə edəcəklər:
"Biz nüvə silahından istifadə edəcəyik - bizə cavab verə bilərlər. Rusiya da daxil olmaqla. Buna görə Rusiya bütün arsenaldan istifadə edəcək. Bu artıq dünya müharibəsidir. Qərb də bunu istəmir. Buna hazır deyillər. Ancaq biz onlara açıq deyirik: dövlət sərhədi - qırmızı xətdir. Buna hücumun cavabı dərhal olacaq. Biz buna hazırlaşırıq. Bu barədə dürüst və açıq danışıram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.