BAKI, 28 sentyabr — Sputnik. Rusiyanın hətta taktiki nüvə silahı ilə cavab verməsi halında Rusiyaya qarşı qabaqlayıcı zərbəni müzakirə edən dövlətlər "yerlə bir" olacaqlar.
"TASS" xəbər verib ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Bu cür bəyanatlar verilərkən insanlar yalnız bir şeyi nəzərə almalıdırlar - məsələn, Rusiyanın taktiki nüvə silahından istifadə etdiyi halda, bu cür bəyanatlara yol verən bir sıra ölkələrə münasibətdə onlar, sadəcə olaraq, yerlə-yeksan olacaqlar. Bəli, Vaşinqton müqaviləsinin beşinci maddəsi (NATO ölkələrinin qarşılıqlı yardımı haqqında – red.) işləyə bilər, lakin bu ölkə artıq mövcud olmayacaq..." – Medvedev Rusiyanın nüvə doktrinası ilə bağlı Qərb ölkələrinin bəyanatlarını şərh edərkən bildirib.
Bundan əvvəl Medvedev Rusiyanın düşmənlərinə Banderanın taleyi və cəzanın qaçılmaz olduğunu xatırladıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.