DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada çox sayda ukraynalı qaçqın evsiz qala bilər

Münaqişə Ukraynanın mülki əhalisinə ciddi təsir edib və böhran başlayandan bəri 3,5 milyondan çox insanın məcburi köçkünə çevrilməsinə səbəb olub.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Avropa ölkələrində yaşayan bir çox ukraynalı qaçqınlar evsiz qalmaq riski ilə üzləşiblər.
"The Guardian" bu barədə yazıb.
Araşdırma nəticəsində məlum olub ki, münaqişə Ukraynanın mülki əhalisinə ciddi təsir edib və böhran başlayandan bəri 3,5 milyondan çox insanın məcburi köçkünə çevrilməsinə səbəb olub.
Nəşrin məlumatına görə, Avropadakı 6,2 milyon ukraynalı qaçqının əhəmiyyətli bir hissəsi evsiz qalmaq riski ilə üzləşib.
Onu da qeyd edək ki, Almaniyada qaçqınların sayı İkinci Dünya Müharibəsindən sonrakı dövrdən bəri ən yüksək həddə çataraq 3,5 milyon nəfər təşkil edib.
Daha əvvəl Polşa yeni Aİ paktına baxmayaraq qaçqınları qəbul etməkdən imtina etdiyi barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.