CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 27 sentyabr

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Sentyabrın 27-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 27-də kim anadan olub?
Qvinet Peltrou (1972) - ABŞ kino və televiziya aktrisası, iş qadını, müğənni və yazıçı. Marvel kinematoqrafiya kainatının bir sıra filmlərində Pepper Potts rolunu oynayıb: "Dəmir adam", "Dəmir adam 2", "Qisasçılar", "Dəmir adam 3", "Hörümçək adam: evə qayıdış", "Qisasçılar: Sonsuzluq müharibəsi" və "Qisasçılar: Final". "Oskar", "Qızıl Qlobus" və "Emmi"mükafatlarının sahibidir.
Qvinet Peltrou
Ani Lorak (1978) - Rusiya pop müğənnisi. Beş "qızıl disk" və iki "platin disk" sahibi.
Ani Lorak
Avril Lavin (1984) - kanadalı müğənni, mahnı müəllifi, dizayner və aktrisadır. 2002-ci ildə çıxan ilk albomu "Let Go", 16 milyon nüsxə satılıb. Sonrakı işlər — Under My Skin и The Best Damn Thing - Amerika Billboard 200 də daxil olmaqla dünya çartlarında birinci olub.
Avril Lavin
Cenna Orteqa (2002) - ABŞ aktrisası. "Qışqırıq", "X" və "Qışqırıq 6" filmlərində oynayıb, bunun sayəsində "qışqırıq kraliçası"adını qazanıb. 2022-ci ildə aktrisaya "Qızıl Qlobus", "Emmy" və ABŞ ekran aktyorları Gildiyası mükafatı nominasiyalarını qazandıran "Netflix Uenzdey" komediya serialında Uenzdey Addams rolunu oynayıb.
Cenna Orteqa
Sentyabrın 27-də dünyada baş verən tarixi hadisələr
1825-ci ildə İngiltərədə ilk ümumi dəmir yolu fəaliyyətə başlayıb. Corc Stivensonun dizayn etdiyi buxar lokomotivi 450 sərnişini Darlinqtondan Stoktona daşıyan qatarı saatda 24 kilometr sürətlə aparırıb.
1979-cu ildən Ümumdünya turizm günü kimi qeyd olunur. Bayram İspaniyanın Torremolino şəhərində Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilib.
2020-ci ildə ikinci Qarabağ müharibəsi və ya Vətən müharibəsi başlayıb. Müharibə həmin il noyabrın 10-dək davam edib və Azərbaycanın qələbəsi ilə başa çatıb. Azərbaycan ordusu Qarabağın 30 illik işğalına son qoyub.
Topçu Vüsal Şahkərəmov
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.