DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stoltenberq Putinin nüvə doktrinasına dair çıxışından sonra NATO-nun taleyi üçün qorxub

Vladimir Putin sentyabrın 25-də Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Rusiya təcavüz halında, o cümlədən düşmən adi silahdan istifadə edərkən suverenliyə kritik təhlükə yaradırsa nüvə silahından istifadə hüququnu özündə saxlayır.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putinin Rusiya Federasiyasının nüvə qarşısının alınması siyasətini yeniləmək təşəbbüsünə görə NATO ölkələri və Ukraynanın taleyi üçün qorxub.
Stoltenberq bu barədə Vaşinqtonda "Atlantic Council"də çıxışı zamanı bildirib.
"Bu, Ukraynanı və bizi qorxutmaq üsuludur ki, Ukraynaya kömək etməyək" - Stoltenberq bildirib.
Xatırladaq ki, Vladimir Putin sentyabrın 25-də Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Rusiya təcavüz halında, o cümlədən düşmən adi silahdan istifadə edərkən suverenliyə kritik təhlükə yaradırsa nüvə silahından istifadə hüququnu özündə saxlayır. Həmçinin dövlət başçısının sözlərinə görə, Rusiya Federasiyası Belarusa qarşı təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
Bundan əvvəl ekspert Riçard Blek qeyd edib ki, ABŞ və Britaniya Rusiyanı nüvə doktrinasına yenidən baxmağa sövq edib. BMT-dəki Şiller İnstitutunun nümayəndəsi qeyd edib ki, London Ukraynanın Rusiya Federasiyasına dərindən zərbə endirməsi üçün Vaşinqtona təzyiq edir.
RUSİYA
Putin dünyaya nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq etdi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.