DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stoltenberq: NATO ölkələrinin axmaq qərarlar vermək hüququ var

NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrdə keçirilən seçkilər, qaliblərin hərbi-siyasi bloka qarşı çıxması ilə bağlı suala cavab verib.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Şimali Atlantika Alyansının üzvü olan ölkələrin sakinlərinin "axmaq qərarlar vermək üçün demokratik hüququ" var.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-da Xarici Əlaqələr Şurasının seminarında bildirib.
Siyasətçiyə alyansa üzv ölkələrdə keçirilən seçkilər, qaliblərin hərbi-siyasi bloka qarşı çıxması ilə bağlı sual verilib. Stoltenberq xatırladıb ki, NATO-ya 32 dövlət daxildir.
"Bizdə hər zaman seçkilər olur. Axmaq qərarlar qəbul etmək demokratik hüquqdur" - o bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov anqlosaksların müxtəlif vaxtlarda Rusiya ilə təkcə soyuq müharibəyə deyil, həm də qaynar müharibəyə başlamağa hazır olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.