TƏHSİL

Rusiya Azərbaycana rus bölməsi üçün müəllimlər göndərəcək?

Andrey Korneyev bildirib ki, Rusiya təhsil sahəsində, o cümlədən professor-müəllim heyətinin ixtisasının artırılması üzrə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Rusiya Təhsil Nazirliyində keçirilən görüşdə dövlət katibi - Rusiya Federasiyası təhsil nazirinin müavini Andrey Korneyev və Azərbaycanın elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak ediblər.
Andrey Korneyev rus dilinin öyrənilməsinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. O bildirib ki, Rusiya təhsil sahəsində, o cümlədən professor-müəllim heyətinin ixtisasının artırılması üzrə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Görüş zamanı tərəflər orta ixtisas təhsili sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişafının müzakirəsinə böyük diqqət yetiriblər.
Azərbaycan Respublikasının nümayəndə heyəti bu ilin noyabr ayında Sankt-Peterburqda keçiriləcək "Peşəkarlar" adlı peşəkar bacarıqlar çempionatı çərçivəsində tədbirlərdə iştirak etmək dəvəti alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.