DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qrossi: Zaporojye AES-in reaktorları işə salına bilməz, təhlükəlidir

MAQATE rəhbərinin sözlərinə görə, stansiyanın bütün altı reaktoru "soyuq dayanma" vəziyyətindədir.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (AES) vəziyyətin qeyri-sabit qaldığını bildirib. Bu barədə TASS yazır.

"Agentlik israrla bildirir ki, Zaporojye AES-də nüvə və fiziki təhlükəsizlik vəziyyəti təhdid altında qalarkən reaktorların heç biri yenidən işə salına bilməz" - Qrossi bildirib.

MAQATE rəhbərinin sözlərinə görə, stansiyanın bütün altı reaktoru "soyuq dayanma" vəziyyətindədir.
Noyabrın 16-da Zaporojye AES-in rəsmi "Telegram" kanalı stansiyada "Dneprovskaya" enerji təchizatı xəttinin avtomatik olaraq kəsildiyini bildirib. Hazırda elektrik stansiyası "Ferrosplavnaya -1" xətti ilə işləyir.
27.09.24, 23:00
Qrossi: Zaporojye AES gələcəkdə fəaliyyətini bərpa edəcək
MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, Zaporojye AES gələcəkdə fəaliyyətini bərpa edə bilər, lakin bu barədə danışmaq hələ tezdir.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Bu və ya digər şəkildə yenidən işə salınacaq, lakin bu, daha geniş müzakirənin bir hissəsi olacaq" - Qrossi BMT Baş Assambleyası çərçivəsində bildirib.
MAQATE rəhbəri vurğulayıb ki, hazırda stansiyada vəziyyət ağırdır. Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar bitənə qədər vəziyyət gərgin olaraq qalacaq.
Bundan əvvəl Xarkov vilayətinin Rusiya administrasiyasının rəhbəri Vitali Qançev bildirmişdi ki, Ukrayna yaraqlılarının Kursk və Zaporojye AES-ə hücumu təhlükəsi Ukraynada sanitar zona yaradılana qədər davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.