DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Netanyahu BMT tribunasından İranı hədələdi: Hücum etsəniz, hücumla cavab verəcəyik

Baş nazirin sözlərinə görə, bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın.
Sputnik
BAKI, 27 sentyabr - Sputnik. İsrail İran tərəfindən hücuma məruz qalacağı təqdirdə bu ölkəyə hücum edəcək.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib.
"Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik", - Netanyahu İran rəhbərliyinə müraciətində bildirib.
“Bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın”, - o əlavə edib.
Qeyd edək ki, ərəb nümayəndə heyətləri İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışının əvvəlində etiraz əlaməti olaraq BMT Baş Assambleyasının zalını tərk ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.